Estoniya yeni koronavirus məhdudiyyətləri qoydu

27 Oktyabr 2021 20:48

Estoniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə hökumətin qəbul etdiyi yeni məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Estoniyada məhdudiyyətlər minimum yanvarın 10-dək qüvvədə olacaq.

Bildirilib ki, ötən gündən etibarən yalnız vaksinasiya kursundan keçmiş və ya COVID-19 immunitetinə sahib yetkin şəxslər müəssisə, idarə və tədbirlərə, idman klublarına, iaşə obyektlərinə, teatrlara, kinoteatrlara, spa və digər istirahət məkanlarına COVID-19 arayışı yoxlanılmaqla gedə bilirlər.

Qeyd edilib ki, maskadan istifadə tələbi də sərtləşdirilib və bu tələbə daha ciddi nəzarət olunur. Maskasız ticarət mərkəzlərinə, dükanlara və ya xidmət sahələrinə daxil olmaq qadağandır.

Milli.Az