Futbol meydançasında qətliam
4 May 2010 10:45
"Associated Press" agentliyinin məlumatına görə, hadisə Akapulko kurort şəhəri yaxınlığında baş verib. Polisin bildirdiyinə görə, qatillər 3 avtomobillə futbol meydançasının qarşısına gəlib, meydançada futbol oynayan insanları atəşə tutaraq, hadisə yerindən uzaqlaşıb. Hələ ki hadisənin səbəbi bilinmir. Akapulko ətrafında son zamanlar narkotik alverilə məşğul olan qruplar arasında mütəmadi olaraq, toqquşmalar baş verir. "Futbolçu"ların güllələnməsinin də səbəbi kimi bu versiya nəzərdən keçirilir.
Qeyd edək ki, Meksikada narkotik alverçiləri arasında toqquşmalar hər il təxminən minlərlə adamın həyatına son qoyur. Son 3 il ərzində eyni səbəbdən dünyasını dəyişənlərin sayı 23 min nəfərə çatır.
Milli.Az