Azarkeş meydana girərək təhlükəli hücumun qarşısını aldı - VİDEO

27 Oktyabr 2021 18:36

İngiltərənin səviyyəcə 5-ci liqasında "Oltringem" və "Solihall Murs" komandaları arasında keçirilmiş matçda maraqlı hadisə baş verib.

Milli.Az report-a istinadla bildirir ki, azarkeşlərdən biri "Solihall Murs"un təhlükəli hücumu zamanı 90-cı dəqiqədə meydana girib.

Fanat komandanın hücumunu pozmağa çalışıb və topu sürüşərək uzaqlaşdırıb. Qonaqların futbolçusu Adam Runi məsələ ilə bağlı danışıb. Runi bu hərəkətinə görə fanatın matçın ən yaxşı adamı seçilməli olduğunu bildirib.

Milli.Az