Bakıda çıxış üçün 30 min dollar alacaqlar

27 Oktyabr 2021 17:36

Türkiyənin məşhur rok qrupu "Mor ve ötesi" 25 dekabrda Bakıda səhnəyə çıxacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, onlar paytaxtımızda çıxış üçün 30 min dollar ( təxminən, - 51 min manat) qonorar tələb ediblər.

2 saatlıq səhnəsi planlaşdırılan qrupun konsert biletlərinin qiyməti 55-200 manat arasında olsa da, artıq tükənmək üzrədir.

Qeyd edək ki, "Mor ve ötesi" 2008-ci ildə "Eurovision"da Türkiyəni "Deli" mahnısıyla təmsil edib. Qrup indiyədək saysız konsertlər verib.

Milli.Az