Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb

27 Oktyabr 2021 17:12

Rusiyada son sutka ərzində 1 123 nəfər koronavirusdan vəfat edib ki, bu da pandemiya dövründə Rusiyada qeydə alınan növbəti ən yüksək göstərici olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bugünədək ölənlərin sayı isə 233 898 nəfərə çatıb. Oktyabrın 26-də 1 106 nəfər virusun qurbanı olmuşdu.

Eyni zamanda ölkədə son sutkada 36 582 nəfər koronavirusa yoluxub.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,35 milyon nəfəri ötüb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.

Milli.Az