Gürcüstanda COVID-19-a yoluxanların sayı 700 mini ötüb

27 Oktyabr 2021 16:12

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 337 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 703 281, xəstəlikdən ölənlərin sayı isə 9 873 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 642 701 nəfərin sağaldığı bildirilir.

Milli.Az