Şəhid Anar İsrafilovun anım günü idi - VİDEO

27 Oktyabr 2021 15:42

O, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub

Vətən müharibəsinə könüllü yollanan Anar İsrafilovun şəhid olmasından 1 il ötür. Anar İsrəfilov oktyabrın 26-da Ağdərə istiqamətində şəhid olub. Anar İsrəfilov 1990-cı il yanvarın 4-də Ağdaş rayonunun Ləki kəndində doğulub. Anardan geriyə 3 övladı qalıb.

Atasının ölümündən bir neçə gün sonra doğulan Anar isə ailənin təsəllisidir.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Anar İsrəfilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az