Prezident ilə görüşmək uşaqlıq arzum idi - 19 yaşlı Vətən Müharibəsi Qəhrəmanı - VİDEO

27 Oktyabr 2021 14:18

"Ali Baş Komandanla qalib ordunun qalib əsgəri kimi mənə doğma olan Qubadlıda görüşmək çox qürurverici idi".

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Prezident İlham Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov deyib.

Vüsal Yaqubovun sözlərinə görə, gənc yaşında "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüyü üçün uzun müddət idi prezidentə şəxsən təşəkkürnü çatdırmaq istəyib.

O, ölkə başçısı ilə görüşdüyünə görə ikiqat sevinclidir. Çünku bu görüşlə o, həm də uşaqlıq arzusunu reallaşdırıb.

Qeyd edək ki, Vüsal Yaqubov 44 günlük Vətən müharibəsinə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi qatılıb. O, döyüşlər gedən zaman qəhrəmanlıq göstərərək düşmənin 20-yə yaxın canlı qüvvəsinin işğaldan azad edilmiş Xocalı rayonunun Sığnaq kəndinə daxil olmasına imkan verməyib. Vüsal Yaqubov döyüş meydanında ölümü gözə alaraq göstərdiyi şücaətlərə görə 19 yaşında "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Bununla yanaşı, qəhrəmanımız Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə də təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az