Daşkəsəndə 17 yaşlı gənc itkin düşüb

27 Oktyabr 2021 11:12

Daşkəsəndə gənc oğlan itkin düşüb.

Milli.Az bildirir ki, hadisə oktyabrın 26-da rayonun Qaraqollar kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü İsgəndərov Araz Ayaz oğlu evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az