Qarabağ dünyaya qovuşacaq - rusiyalı ekspert

27 Oktyabr 2021 21:10

Füzuli beynəlxalq hava limanının tikintisinin başa çatması həm Azərbaycan, həm də regionun inkişafı üçün əlamətdar hadisədir.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert, siyasət elmləri namizədi Qalina Niyazova deyib.

Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində tikinti templəri onu göstərir ki, dövlət nəhəng ehtiyatlara malikdir:

"İkinci Qarabağ müharibəsindən sonra bu ərazilərin bərpası miqyasına görə inanılmaz bir layihədir. Bu, həm dövlətin iqtisadiyyatının, həm də tərəfdaş ölkələrlə diplomatik və biznes əməkdaşlığının inkişafına xidmət edəcək".

Ekspert əlavə edib ki, İkinci Qarabağ müharibəsində qələbə milli özünüdərkin yeni səviyyəyə çıxmasına kömək etdi:

"Hökumət fəal şəkildə regionun bərpasına başlamaqla, iş yerləri yaradaraq, məcburi köçkünlərə və onların ailələrinə doğma yurdlarına qayıtmaq imkanı verərək şübhəsiz ki, millətin böyüklüyünə inamı və birlik hissini gücləndirdi. Regionun özünün inkiçafı baxımından Füzuli beynəlxalq hava limanının açılışı regionu bütün dünya ilə əlaqələndirəcək və Qarabağı qlobal kommunikasiya və əməkdaşlıq şəbəkəsinə daxil edəcək. Dünyanın istənilən nöqtəsindən regiona birbaşa gəlmək imkanı ərazinin təcrid olunmayacağına təminat verir".

Milli.Az