2022-ci ildə səhiyyəyə 1,8 milyard manata yaxın vəsaitin ayrılması gözlənilir

27 Oktyabr 2021 10:45

Azərbaycanda gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 1.788 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Milli.Az bildirir ki, bu barədə "Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, poliklinikalar və ambulatoriyalara 1.664 milyon manat, xəstəxanalara 171.143 milyon manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 2.588 milyon manat, səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə isə 1.613 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Milli.Az