Bekhem dünya çempionatına gedə bilər
4 May 2010 10:42
Britaniya mətbuatının yazdığına görə, aldığı zədə üzündən əlamətdar turnirə komandanın oyunçusu kimi qatılmaq şansını itirmiş Bekhem CAR-a İngiltərə yığmasının baş məşqçisi Fabio Kapellonun köməkçisi kimi yollanmağa hazır olduğunu söyləyib.
"Mən meydana çıxa bilmərəm. Amma baş məşqçi komanda ilə CAR-a yollanmağım üçün mənə dəvət göndərib. Hələlik detalları müzakirə etməmişik", - deyə ulduz futbolçu bildirib.
Milli.Az