Avrostat: Yunanıstanda yoxsulluq səviyyəsi artır

27 Oktyabr 2021 21:15

Avropa Statistika Agentliyinin 2020-ci ilə nəzərən məlumatına əsasən, Yunanıstanda yoxsulluq səviyyəsi artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qeyd olunur ki, ölkə Avropa İttifaqında bu göstəriciyə görə 3-cü yerdədir. Ölkədə 27,5 faiz əhali yoxsulluq riski ilə qarşılaşıb. Avropa İttifaqında ortalama bu göstərici 21,9 faiz təşkil edir. Yoxsulluq və ya sosial təcrid ərəfəsində gənclərin 31,5 faizi (yəni 18 yaşına çatmamış şəxslər), 65 yaşdan yuxarı insanların isə 19,3 faizi yoxsulluq riski altındadır.

Bundan əlavə, rəqəmlər göstərir ki, Yunanıstanda uşaqlı ailələrin 29,7 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib, digər 25,7 faizi isə uşaqsız ailələrdir. Ölkədə qadınların 28,8 faizi, kişilərin 26,1 faizi "güclə dolanmaq" riski altındadır. Yunanıstanda yoxsulluq həddində olan işsizlərin səviyyəsi 67,5 faiz, işi olanlar isə 16,1 faiz təşkil edir.

Milli.Az