Rusiyada yaşayış binasında partlayış: Uşaqlar pəncərədən çölə atılıb

27 Oktyabr 2021 01:45

Rusiyada Kalininqrad vilayətinin Baltiysk şəhərində yaşayış binasında güclü partlayış baş verib.

Partlayışdan sonra binada yanğın başlayıb. İkinci mərtəbənin sakinləri həyatlarını xilas etmək üçün övladlarını evin pəncərələrindən atmağa məcbur olublar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, köməyə gələn insanlar uşaqları tutmağa kömək ediblər.

İlkin məlumatlara görə, partlayış evin birinci mərtəbəsində olub.

Milli.Az