Ukrayna ilk dəfə "Bayraktar"dan istifadə etdi - VİDEO - FOTO

26 Oktyabr 2021 23:34

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-leytenant Valeri Zalujnının əmrinə əsasən Donbasdakı Qranitnoe kəndinin yaxınlığında ilk dəfə "Bayraktar TB2" PUA-sından istifadə olunub.

Milli.Az Ukrayna Müdafiə Nazirliyinə istinadən bildirir ki, idarə olunan bomba vasitəsilə separatçıların bir haubitsası məhv edilib.

"Bayraktar TB2" təmas xəttini keçməyib.

Milli.Az