Dələduzlar şəhid polkovnikin adından səhifə açıb pul yığırlar - FOTO

26 Oktyabr 2021 23:11

Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:

"Bununla bağlı artıq hüquq-mühafizə  orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub".

O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb.

Milli.Az