Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib

26 Oktyabr 2021 19:54

Albaniyanın Kruya şəhərində 300 nəfər kəskin zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onların əksəriyyərti xəstəxanaya yerləşdirilib.

Sakinlərin içməli sudan zəhərləndiyi ehtimal edilir. Hazırda insidentlə bağlı araşdırmalar aparılır.

Albaniyanın səhiyyə naziri Ogerta Manastirliu və səhiyyə baş müfəttişi Kruya şəhərinə gedib.

Milli.Az