Sevdanın gəlinliyi 7 minədir - Kirayə götürüb

27 Oktyabr 2021 03:17

Dünən toyu olan müğənni Sevda Yahyayevanın gəlinlik paltarları sosial şəbəkələrdə müzakirə olunur. Estrada ifaçısının libaslarını bəyənənlərlə yanaşı, onun obrazlarını da tənqid edənlər az deyil. Sevdanın birinci geyimi Azərbaycanda, ikincisi isə Türkiyədə hazırlandığı iddia edilir.

Milli.Az xəbər verir ki, olay-ın əldə etdiyi məlumata görə, Yahyayevanın Bakıdakı gəlinliyi onun üçün özəl hazırlanmayıb, sifariş olunaraq Bakıya gətirilib. 

Həmçinin, müğənni sözügedən gəlinliyi almayıb, kirayə götürüb. Həmin libasın icarə haqqı isə 7 min manatdır.

Milli.Az