ADPU-nun müəllimi vəfat etdi

26 Oktyabr 2021 17:18

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi Şəhla Kazımbəyli dünyasını dəyişib.

Bu barədə APA-ya Universitetdən məlumat verilib.

Qeyd edək ki, onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Milli.Az