Şəhidlər qəbiristanlığında öpüşən cütlüyü kameraya çəkdilər - VİDEO

26 Oktyabr 2021 17:24

İstanbulda yerləşən Edirnekapı Şəhidlər məzarlığında gənc cütlüklərin həmin yerə yaraşmayan görüntüləri sərt reaksiyalara səbəb olub.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, tarixi İstanbulun fəthinə qədər uzanan bu tarixi və müqəddəs məkanda rast gəlinən görüntülərdən çox narahat olan vətəndaşlar həmin anları mobil telefon kameralarına çəkiblər.

Əldə edilən məlumata görə, vətəndaşlar demək olar ki, hər addımda rastlaşdıqları bu görüntülərdən narahat olduqlarını bildiriblər və səlahiyyətlilərin bu vəziyyəti düzəltmək üçün səy göstərmədiklərini vurğulayıblar. Yaranmış vəziyyətlə bağlı səlahiyyətlilərlə əlaqə saxlamağa çalışıldığı, lakin cavab tapa bilmədikləri bildirilib.

Anar Əli
Milli.Az