Rusiya hakimiyyətində neçə azərbaycanlı təmsil olunur?

26 Oktyabr 2021 18:00

970 rusiyalı yüksək vəzifəli məmur və deputat arasında 3 azərbaycanlı var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Vesti Podmoskovye" nəşri yayıb.

Məlumata görə, bu şəxslərdən cəmi 102-si Rusiyadan kənarda - MDB ölkələrində dünyaya göz açıblar. Bu şəxslərdən 36-sı Ukrayna, 18-i Qazaxıstan, 11-i Gürcüstan, 9-u Belarus, 7-si Özbəkistan, 4-ü Moldova, 3-ü Azərbaycanda dünyaya gəlib.

Milli.Az