Bakıda daha bir məktəb distant təhsilə keçdi

26 Oktyabr 2021 14:22

Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 73 nömrəli tam orta məktəb distant təhsilə keçib.

Bu barədə Milli.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Onun sözlərinə görə, buna səbəb məktəbdə 3 şagird və 5 müəllimin COVID-19 infeksiyasına yoluxmasıdır:

"Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb".

Milli.Az