Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov - FOTO

26 Oktyabr 2021 14:21

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu M.Cabbarov "Twitter" hesabında yazıb.

Görüşdə Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib:

"Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşümüzdə birgə həyata keçirilən layihələrin icra vəziyyətini, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə etdik".

Milli.Az