Bakıda sərnişinlə dolu avtobus tüstüləndi - FOTOlar

26 Oktyabr 2021 13:57

Bakıda sərnişinlə dolu avtobus qəfil tüstülənməyə başlayıb.

Milli.Az-ın xəbərinə görə, hadisə təxminən saat 13 radələrində baş verib. Sərnişinlər dərhal qaçaraq avtobusdan düşməyə başlayıblar. Tüstülənmənin səbəbləri hələlik bilinmir.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az