Mustafa Sandal ayrıldığı sevgilisi ilə evlənir?

26 Oktyabr 2021 20:00

Türkiyəli müğənni Mustafa Sandalla sevgilisi Melis Sütşurup yenidən bir araya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl ifaçı Melisin və öz oğlunun birlikdə əyləndiyi fotonu instaqram hesabında paylaşıb.

Bundan başqa, cütlüyün birgə yaşamaq qərarına gəldiyi ortaya çıxıb. Övladlarının razılığını alan ikili birlikdə yaşayacaqları ev üçün pərdə seçərkən görüntülənib. Bu da ikilinin toyunun olacağı ilə bağlı iddiaların yaranmasına səbəb olub.

Qeyd edək ki, bundan öncə 7 ay münasibətdə olan cütlük 2019-cu ildə ayrılmışdı.

Milli.Az