“Facebook” və “WhatsApp” Hindistanda dini ədavəti qızışdırıb

30 Oktyabr 2021 23:40

"Facebook" və "WhatsApp" Hindistanda dini zəmində ədavətin qızışdırılmasında müstəsna rol oynayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Facebook" şirkətinin daxili sənədlərinə istinadən məlumat yayılıb.

Bildirilib ki, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəllərində şəbəkələrdə zorakılığa çağırışların həcmi üç dəfə artıb. Həmin çağırışların 30%-dən çoxu isə müsəlmanlara qarşı yönəlib.

Milli.Az