"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb

30 Oktyabr 2021 22:40

"Tesla" şirkəti ən bahalı "Model S" və "Model X" avtomobil modellərinin minimum qiymətini 5 min dollar qaldırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni qiymətlər şitkərin rəsmi saytında əks etdirilib.

Onlayn konfiquratorun səhifəsinə daxil olduqda, dörd qapılı "Model S" sedanının qiymətinin 89 990 dollardan 94 990 dollara, "Model X" yolsuzluq avtomobilinin isə 104 990 dollara qədər artıdığını görmək olar.

"Electrek" internet-portalının məlumatına əsasən, istehsal həcminin artmasına baxmayaraq, elektrikli avtomobillərə tələbat hələ də təklifi üstələyir və şirkət bu vəziyyətdən istifadə etmək qərarına gəlib.

Xatırladaq ki, daha əvvəl "Tesla" ən populyar olan "Model 3" sedanı və "Model Y" krossoverinin qiymətini 2 min dollar qaldırmışdı.

Milli.Az