"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti 250 milyard dolları ötüb.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu, şirkət səhmlərinin bahalaşması fonunda baş verib.
Təkcə son sutka ərzində o, 3.9 milyard dollar qazanıb. "Tesla"nın dəyəri isə artıq 1 trilyon dolları keçib.
Qeyd edək ki, Mask hazırda böyük fərqlə dünyanın ən varlı şəxsləri siyahısına başçılıq edir.
Milli.Az