Qadın qısqanclığı ilə ərini bezdirdi, kişi məhkəməyə verdi - FOTO

26 Oktyabr 2021 18:42

İstanbulda qısqanc qadının etdiklərinin təfərrüatı hər kəsi şoka salıb.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, ərini qısqanan Işık Y. adlı qadın ərinin sosial media hesablarına müdaxilə edərək mesajlarını oxumağa başlayıb. Daha sonra ərinin xəbəri olmadan telefonuna casusluq proqramı da quraşdırıb. Onun sayəsində ərinin atdığı hər addımı izləyən gənc qadın bununla kifayətlənməyərək  arxasınca detektiv də qoyub. Bir müddət sonra təqib edildiyini öyrənən ər Savaş Y. məhkəməyə müraciət edərək boşanma iddiası qaldırıb. Ən pisi odur ki, 2003-cü ildə evlənən cütlülüyün iki övladı olub. 

Anar Əli
Milli.Az