Çemodanın ağzını açan uşaqlar donub qaldılar - başsız bədən və qan - FOTO

26 Oktyabr 2021 18:06

Orskda (Rusiya) tanışı olan qızı öldürüb müxtəlif hissələrə parçalamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, 42 yaşlı yerli sakinin  mərhumu tanıdığı bildirilir. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Qətlin təfərrüatı isə şok yaradıb. Belə ki, həyətdə oynayan uşaqlar gözlənilmədən çemodan tapıblar. İçərisinə baxanda dəhşətdən donub qalıblar - içəridə qadın cəsədi olub. Uşaqlar dərhal polisə müraciət edib, sonra da valideynlərinə xəbər veriblər. Hüquq-mühafizə orqanları kamera qeydlərinə baxanda təcavüzkarın cəsəd olan çemodanı necə sürüklədiyini görüblər.

İsti izlərlə qurbanın şəxsiyyətini müəyyən edə biliblər. Məlum olub ki, bu, 39 yaşlı yerli sakindir. Əməliyyatçılar onun evinə gedib, mənzili açıb və axtarış aparıblar. O da bildirilir ki, şübhəli şəxs artıq cinayəti etiraf edib.

Anar Əli
Milli.Az