Masallıda gənc cütlükdən vətənpərvərlik nümunəsi - FOTO

26 Oktyabr 2021 11:51

Masallı rayonunda vətənpərvər gənclər şad günlərində də bir an belə olsun şəhidlərimizi unutmurlar, onlara ehtiram göstərirlər.

Milli.Az bildirir ki, bu günlərdə ailə həyatı quran Ruslan Quliyev və Səbinə Əliyeva cütlüyü də belə gənclərimizdən biridirlər.

Belə ki, onlar toy günü Masallıdan olan şəhidləri yad ediblər. Gənclər öz  sevincli günlərində yaşadıqları kəndin şəhidləri - Araz Seyfullayevlə Cavad İbadovun  məzarını ziyarət ediblər. Onlar bu addımı bir mənəvi borc kimi atıblar.

Əlbəttə, gənclərin şəhidlərimizə göstərdiyi ehtiram, onların ruhuna hörmət, Qarabağın azadlığı uğrunda canından keçən oğullara  toy günündə diqqət ayırması cəmiyyət üçün bir örnək olmalıdır.

Milli.Az