“Altın Kelebek”də final həyəcanı

26 Oktyabr 2021 13:24

Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafat gecəsinə namizədlərin final səsverməsi başlayıb.  

Milli.Az olay-a istinadən xəbər verir ki, 47-ci dəfə təşkil olunan tədbirin ilkin mərhələsində 9 milyon 355 min 606 nəfər iştirak edib.  

Bu gündən isə final həyəcanı start götürüb.

Xatırladaq ki, qalib 70 faiz xalq, 30 faiz isə münsif səsverməsi əsasında müəyyənləşəcək. Hər il olduğu kimi yenə jüridə film, musiqi və televiziya dünyasının parlaq simaları yer alacaq.

Milli.Az