Məşhur aktrisa Kristen Stüartın sonuncu açıqlamısı maraqla qarşılanıb.
Milli.Az axşam.az-a sitinadən xəbər verir ki, aktrisa "The Sunday Times" qəzetinə verdiyi müsahibədə iştirak etdiyi bir çox uğurlu layihəyə baxmayaraq karyerasını tənqid edib.
O, yalnız rol aldığı bir neçə layihəni bəyəndiyini etiraf edib:
"45 və ya 50 filmim içində yəqin ki, beşi həqiqətən yaxşıdır. Onlar başdan sona mükəmməldir. Bununla rol aldığım ekran işlərindən peşmançılıq duyduğumu söyləmirəm. Təbii belə filmlərim də var, amma nəticədən deyil, əyləncəli olmadıqları üçün. Ən pisi isə filmin ortasına gələndə onun pis olduğunun fərqinə varmaq, lakin bitənə qədər davam edib, dəstəkləməkdir. Çünki ekran işini yarıladıqdan sonra onu buraxa bilməzsiniz".
O, ən uğurlu layihələri olaraq "Şəxsi alıcı" və "Sils Mariya" filmlərinin adını çəkib.
Milli.Az