Ermənistanda daha 57 nəfər koronavirusdan ölüb

26 Oktyabr 2021 13:48

Ermənistanda daha 1 263 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 298 069-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 57 nəfər artaraq 6 112-ə çatıb.

Milli.Az