Qolundan dil düzəltdilər

27 Oktyabr 2021 06:01

İngilis cərrahlarının xərçəng səbəbilə dilini və ağzını itirən bir xəstəyə tətbiq etdiyi üsul eyni xəstəlikdən bədənləri deformasiyaya məruz qalan xəstələrə ümid işığı olub.

Polşada yaşayan ingilis vətəndaşı, 67 yaşlı David Barwell noyabr ayında dilində yaranan deformasiya səbəbilə həkimə müraciət edib. İnfeksiya diaqnozu qoyulan Barwellin müalicəsinə başlanılıb. Ancaq dili yaxşılaşmaq əvəzinə daha da pisləşən Barwell mart ayında İngiltərəyə gedərək yenidən muayinədən keçib. Ağzında xərçəng olduğunu və xəstəliyin son həftəyə qədər irəlilədiyini öyrənib. Kemoterapiya müalicəsi effekt vermədikdən sonra ingilis cərrahlar 15 saat davam edən əməliyyatla əvvəl Barwellin dilinin böyük bir qismini və dodaqlarını kəsib götürüblər. Ardınca da Barwellin qol dəri və damar toxumalarından xəstəyə yeni bir dil və dodaq düzəldiblər. Aylarla nəzarət altında qalan Barwell bugün rahatlıqla yeyib-içə və dad hiss edə bilir.

Milli.Az