Oğlan uşağına hamilə qadında kovid antiteli zəif olur - Xəstəliyi daha pis keçirir

26 Oktyabr 2021 22:05

Koronavirusa yoluxmuş hamilələrin vəziyyətində dölün cinsiyyəti də rol oynayır

Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ-da aparılan elmi araşdırmalar zamanı bəlli olub ki, COVID-19-a yoluxmuş hamilə qadınlarda antitellərin formalaşması körpənin cinsiyyətindən asılı olaraq dəyişir.

"Yale" universitetinin immunoloqu Akiko İvasaki apardığı araşdırmanın nəticəsini açıqlayıb.
O bildirib ki, döl oğlan cinsindəndirsə, bu zaman anada antitellərin miqdarı daha az olur və bu antitellər çox zəif olurlar.
İmmunoloq onu da bildirib ki, ümumiyyətlə, pandemiyanın yayıldığı ilk günlərdən də qadınlarla müqayisədə kişilər bu xəstəliyə daha çox yoluxur və onu ağır, ölümcül keçirir.

Araşdrımalarla həmçinin bəlli olub ki, bu xəstəlikdən ölənlər arasında qadınlarla müqayisədə kişilər daha çox üstünlük təşkil edir.

Milli.Az