Azyaşlı qız qardaşı ilə oynayarkən həyatını itirdi
4 May 2010 10:22
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 5 yaşlı Pərvanə Bədəlova yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.
Hadisə P.Bədəlova qardaşı ilə oynayarkən baş verib. O, qardaşı ilə oynayan zaman mənzilin pəncərəsinə qalxıb. Bu zaman pəncərənin şüşəsi sınıb və o, yerə yıxılıb. Azyaşlı aldığı xəsarətlərədən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az