Vilayət Eyvazov polis mayoruna yüksək vəzifə verdi

26 Oktyabr 2021 10:29

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Nazirin əmrinə əsasən, polis mayoru Asif İmanov Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib. 

O, bu təyinata qədər həmin şöbənin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az