Şuşada ilin ilk qarı - VİDEO

26 Oktyabr 2021 10:42

Bu gün Şuşa şəhərinə ilk qar yağıb. 

Milli.Az xəbər verir ki, bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov sosial şəbəkədə video paylaşıb. 

O qeyd edib ki, şəhərdə bu gün səhərdən etibarən mövsümün ilk qarı müşahidə olunur: "Elə bil nağıllar aləmindəsən. Bu hissləri çatdırmaq çox çətindir. Uşaqlıqda bizə danışılan nağılları xatırladır".

Həmin görüntüləri təqdim edirik:

Milli.Az