Oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiyalar ödənildi

26 Oktyabr 2021 10:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.

Fonddan Milli.Az-a verilən məlumata görə, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Milli.Az