Alim Qasımov vədinə əməl etməyən qızını cəzalandırdı: “2-3 gün mənimlə danışmadı” - VİDEO

26 Oktyabr 2021 15:42

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Əməkdar artist Fərqanə Qasımova olub.

Milli.Az xəbər verir ki, xanəndə, atası, Xalq artisti Alim Qasımovun onu otelin önündə sillədiyini etiraf edib:

"Atamla çox səfərlərdə olduğumuz üçün aramızda kodlaşdırdığımız sözlər olurdu. Səfərlərimizin birinidə getdiyimiz şəhərdə böyük bir park vardı. Yürüyüşə çıxdıq. Tez-tez yeriyirdim. Atam dedi ki, bax, bu ağacın altında bir-birimizi gözələyək. Get nə qədər gəzirsən gəz, amma burada görüşək. Mən də ətrafı gəzdim, atamı axtardım, tapa bilmədim. Verdiyimiz vədi də unutdum. 20 yaşım vardı, qorxdum, həycan keçirdim. Fikirləşdim atam məni unudub gedib. Artıq hava qaralırdı. Otelə qayıtdım. Sən demə, atam gəlib saatlarla məni axtarıb. Otelin qarşısında əsə-əsə atamı gözləyirdim. Gələn kimi mənə 1-2 sillə vurdu. Mənə dedi ki, sən bilirsən mənə nə stress yaşadın? Həyatımı məhv etdin. Ondan sonra atam 2-3 gün mənimlə danışmadı".

Xalq artisti Alim Qasımov da qızının dediklərini təsqidləyib:

"Xarici ölkələrin birində tədbirə gedəndə bu hadisə baş vermişdi. Ona tapşırmışdım ki, nə olur olsun, bu ağacın altında səni gözləyəcəm. Gəldim ki, qızım yoxdur. Çox axtardım, tapa bilmədim. Həyəcanlı şəkildə qayıtdım otelə. Gedib oradan elan edim ki, qızımı itirmişəm. Gördüm qızım otelin qarşısıda məni gözləyir. Mən də yaxınlaşıb ona 1-2 sillə vurdum. Ondan sonra bildi ki, görüş yerini unutmaq olmaz".

Milli.Az