Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşub, polis əməkdaşı yaralanıb - VİDEO

26 Oktyabr 2021 09:53

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Milli.Az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, "Gelandewagen" markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az