Bakı-Sumqayıt yolunda hərəkət iflic olub - VİDEO - FOTO

26 Oktyabr 2021 09:18

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində güclü tıxac yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sumqayıtdan paytaxta doğru yolda avtomobillərin hərəkəti iflic olub.

Qeyri-sabit hava şəraiti yolda avtomobillərin hərəkətini daha da çətinləşdirib.

Tıxac Abşeron rayonu ərazisindən başlayaraq 20 Yanvar metrostansiyasının ərazisinə qədər davam edir.

Milli.Az