Tatarıstanda partlayış anı - VİDEO

26 Oktyabr 2021 20:12

Rusiyanın Tatarıstan Respublikasının Naberejnı Çelnı şəhərindəki beşmərtəbəli binada partlayış baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfərin yaralandığı və dağıntılar altında bir neçə adamın qaldığı bildirilir.

Mənzillərdən birində qaz sızması nəticəsində baş vermiş partlayış zamanı 4-cü və 5-ci mərtəbələr arasında arakəsmə uçub, 6 mənzil dağılıb.

Partlayış zamanı xəsarat alanlardan biri - 1999-cu il təvəllüdlü qız həyatını itirib.

Milli.Az