ABŞ-a 100 milyard dollardan çox zərər dəyib - Bayden

26 Oktyabr 2021 10:30

Birləşmiş Ştatlar iqlim dəyişikliyindən bu il ərzində dəyən zərəri 100 milyard dollar civarında dəyərləndirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Nyu Cersidə çıxışı zamanı deyib.

"Yalnız bu il qlobal istiləşmə bizə 1 trilyon dollardan çox zərər verib. Üzr istəyirəm, 100 milyard...", - deyə Ağ Ev rəhbəri bildirib.

Dövlət başçısı sentyabr ayında Nyu Cersi ştatında baş verən "İda" qasırğasının fəsadlarını da iqlim dəyişikliyi ilə əlaqələndirib:

"Federal hökumət 30 min ştat sakininin yardımla bağlı müraciətlərini təsdiqləyib və bu çərçivədə 150 milyon dollar ayrılıb. 2010-2020-ci illər ərzində bu ştatda 24 fövqəladə hava şəraiti yaşanıb".

Milli.Az