Britaniyada iynəli şəxslər qorxu yaratmağa davam edir

26 Oktyabr 2021 11:12

Böyük Britaniyanın müxtəlif şəhərlərində gənc qızlar əylənmək üçün getdikləri yerlərdə onlara narkotik tərkibli iynə vurulması nəticəsində huşlarını itirdiklərini və xəstəxanada gözlərini açdıqlarını iddia ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şikayətlərin artması nəticəsində araşdırmalara başlanılıb. Nottinqemşir şəhərində azı 10 qadın şikayətçi olub, bir nəfər ittihamla saxlanılıb.

Əyləncə məkanlarının girişində daha yaxşı axtarış etmək istəyənlər sosial mediada birləşərək petisiyaya başlayıblar. Kampaniyaya qatılanların sayı 160 mindən artıq olduqda, parlamentdə mövzu ilə bağlı ümumi müzakirə gözlənilir.

Ölkənin 40-dan çox şəhərində əyləncə məkanlarına etiraz edilib.

Milli.Az