Misirdə yeni paytaxtın adı seçilir - FOTO

26 Oktyabr 2021 10:48

Misirdə yeni paytaxtın adının seçiliməsi üzrə müsabiqə elan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ən yaxşı ad tapan 50 min Misir funtu (5,4 min manat) mükafat alacaq. Ən yaxşı dizayn üçün isə 100 000 funt (10,8 min manat) mükafat ayrılıb.

Müsabiqə internetdə keçirilir.

Yeni inzibati paytaxt ölkədə həyata keçirilən ən iddialı layihələrdən biridir. Şəhər Qahirədən 50 km kənarda tikilir və 20 milyon əhalisi olan paytaxtın yükünün azaldılması üçün nəzərdə tutulub. Şəhərin ümumi sahəsi 700 kvadrat kilometrdən çoxdur.

Milli.Az