Vaksin vurduran şəxslərə iki gün ödənişli istirahət veriləcək - Rusiyada

26 Oktyabr 2021 11:00

Rusiya Prezidenti Vladimir Putin COVID-19-a qarşı peyvəndləmənin sürətini artırmaq üçün maraqlı tövsiyə ilə çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, Vladimir Putin peyvənd vurduran Rusiya vətəndaşlarına işdən iki gün istirahət götürmək hüququnun verilməsini istəyir. 

İstirahət günləri ərzində isə işçilərin əməkhaqqı adi qaydada hesablanmalıdır.

Milli.Az