Nyu-York metrosunda atışma baş verib

26 Oktyabr 2021 08:02

Nyu-York metrosunda atışma nəticəsində bir nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Hadisə metronun N xəttində, Manhetten ərazisində baş verib. Sərnişinlərdən biri digərinin telefonunu istəyib, sonra isə onun ayağına atəş açıb.

Hadisə pik saatında baş versə də, telefon sahibindən başqa heç kim xəsarət almayıb.

Milli.Az