Gürcüstanda zəlzələ oldu

26 Oktyabr 2021 08:28

Gürcüstan ərazisində üçüncü dəfə zəlzələ qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 25-də saat 22:09-da Gürcüstanın Oni bələdiyyəsi ərazisində 3,2 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, bundan əvvəl 01:52-də Rustavi şəhəri yaxınlığında da 3,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Daha biz zəlzələ isə oktyabrın 24-də gecə saatlarında Gürcüstan-Ermənistan sərhədində 4,4 bal gücündə olub.

Milli.Az